Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.02.2017

Masallıda ailə dəyərlərinin dini radikalizmlə mübarizədə rolu müzakirə edilib

Fevralın 21-də Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Masallı rayonu Çaxırlı kənd məscidi dini icması tərəfindən Çaxırlı kənd tam orta məktəbində “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Dini radikalizmlə mübarizədə ailə dəyərlərinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağırov, Ayıq Səmədov, Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma  şöbəsinin əməkdaşı Vüqar Əliyev, Çaxırlı kənd məscidi dini icmasının sədri Oruc Qurbanov, Çaxırlı kənd tam orta məktəbinin direktoru Allahverən Məmmədov, ziyalılar, ağsaqqallar, kənd dindarları və gənclər iştirak ediblər.
Tədbirdə  ilk öncə Xocalı soyqırımının qurbanları anılıb. Daha sonra çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin, eləcə də ailə dəyərlərinin rolundan söhbət açıb.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin baş məsləhətçisi Vüqar Əliyev çıxışında milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan ailə dəyərlərinin gənclərin zərərli vərdişlərdən qorunmasında rolundan, radikalizm və ekstremizm kimi bəlaların törətdiyi fəsadlardan danışıb.
Tədbirdə Çaxırlı kənd tam orta məktəbin direktoru Allahverən Məmmədov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, dini icmanın sədri Oruc Qurbanov və  başqaları mövzu ilə bağlı çıxış ediblər.
Sonda tədbir iştirakçılarına DQİDK-nın nəşr etdirdiyi dini təyinatlı ədəbiyyatlar paylanılıb.