Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.09.2017

Maarifləndirmə tədbirləri davam etdirilir

Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gədəbəy rayonu “Cümə” məscidi dini icmasının “İslamın mənəvi və əxlaqi dəyərlərinin gənclərə aşılanması” layihəsi çərçivəsində “Milli-mənəvi dəyərlərimiz və milli kimliyimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Anar Əliyev,  Tovuz bölgəsi üzrə şöbəsinin əməkdaşları Pərvin Zeynalov və Vüqar Əliyev, dini icmanın üzvü  Elçin Quliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma üzvü E.Quliyev bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, cəmiyyətdə mövcud olan sosial problemlərin həlli istiqamətində də tədbirlər həyata keçiriləcək.
Dövlət Komitəsinin əməkdaşı Anar Əliyev keçirilən tədbirin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımı ayırmasını dövlətin dinə olan  qayğısı kimi qiymətləndirib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.