Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.08.2017

Maarifləndirmə tədbirləri davam etdirilir

Avqustun 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyan rayonu “Xurşud” kənd məscidi dini icması tərəfindən “İslamda həmrəyliyin əhəmiyyəti”  layihəsi çərçivəsində  maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Salyan Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, “Xurşud” kənd məscidi dini icmasının sədri Əli Behbudov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov  tolerantlıq və dini dözümlülüyün Azərbaycan cəmiyyətinin tərkib hissəsi olduğunu deyərək, müxtəlif xalqların, etnik qrupların arasında olan mehriban münasibət, qarşılıqlı hörmət və bərabərliyin bu gün də davam etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.O, bunun digər ölkələr üçün nümunə olduğunu qeyd edib.
Salyan Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi Aqşin Babayev bildirib ki, ölkəmizdə bu ilin “İslam Həmrəyliyi İli” elan olunmasının başlıca məqsədi müsəlman aləmində birliyi möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir.
“Xurşud” kənd məscidi dini icmasının sədri Əli Behbudov dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib, müqəddəs Qurani Kərimdən ayələr sitat gətirərək İslamın tolerantlığa və həmrəyliyə verdiyi önəmindən danışıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.