27.10.2017
Maarifləndirmə tədbirləri davam etdirilir
Oktyabrın 27-də Lənkəran rayonu Şağlaser kənd məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimiz və İslam həmrəyliyi” adlı layihə çərçivəsində Şağlaser kənd ümumi orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Şağlaser kənd ümumi orta məktəbinin direktor müavini Mircəfər Paşayev, Şağlaser kənd kitabxanasının müdiri İldırım Paşayev, dini icmanın sədri Ruhulla Ruhullayev, müəllimlər, şagirdlər və kənd sakinləri iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında sülh, həmrəylik və birlik dini olan İslamın hər cür ayrı-seçkiliyi və təfriqəni rədd etdiyini, insanları elmə, mədəniyyətə, inkişafa çağırdığını bildirib. O, dini radikalizm, ekstremizm və onların fəsadları haqqında danışaraq, bu mənfi meyillərə qarşı mübarizədə İslam həmrəyliyinin müstəsna əhəmiyyətini vurğulayıb.
Şağlaser kənd kitabxanasının müdiri İldırım Paşayev çıxışında ölkəmizdə tarixən müxtəlif dinlər, məzhəblər və xalqlar arasında həmrəylik və vəhdətin mövcud olduğunu qeyd edib.
Məktəbin direktor müavini Mircəfər Paşayev, Şağlaser kənd tam orta məktəbinin müəllimi Elvir İbrahimov, dini icmanın sədri Ruhulla Ruhullayev, kənd ağsaqqalı Zabil Hacıyev çıxışlarında dövlət-din münasibətləri sahəsində həyata keçirilən işləri, görülən tədbirləri yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)