Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
18.10.2017

Maarifləndirmə tədbirləri davam etdirilir

Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şəki rayonu Kiçik Dəhnə kənd məscidi dini icmasının “Cəmiyyətimizi dini-radikal təsirlərdən qoruyaq” layihəsi çərçivəsində növbəti dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə  DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin Qarayev və Taleh Abdullayev, dini icma sədri Əvəz Nəsrullayev, müəllimlər və şagirdlər iştirak ediblər.
 Tədbiri giriş sözü ilə açan Kiçik Dəhnə kənd  tam orta məktəbinin direktoru Qurban Qədirov bu tədbirlərin  əhalinin, xüsusilə də gənclərin dini maarifləndirilməsində oynadığı roldan bəhs  edib.
 DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Abdullayev bildirib ki, insanların xüsusilə gənclərin dini radikalizmdən uzaqlaşdırılması, onlara vətənpərvərlik və dövlətçilik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması vacib məsələlərdəndir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.