29.09.2017
Maarifləndirmə tədbirləri davam etdirilir
Sentyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icmasının “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyin əhəmiyyəti” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işintəşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Çarhan kənd məscidinin imamı Cavid Seyfullayev, Adnalı kənd məscidi dini icmasının sədri Ramil İsrayılov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə inkişafından, ölkəmiz üçün xarakterik olan həmrəylik və tolerantlıq mühitinin dünyaya bir nümunə olmasından danışıb.
QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev öz çıxışında radikalizmin gətirdiyi bəlalardan, yaratdığı çətinliklərdən bəhs edərək həmrəylik çağırışlarının məhz bu səbəbdən də zəruri olduğunu qeyd edib.
Şamaxı RİH başçısı Aparatının nümayəndəsi İsmayıl Manafov ölkəmizdə dini maarifləndirmə işinin yüksək səviyyədə olmasından, dövlətimiz tərəfindən bu sahəyə daim həssas yanaşıldığından bəhs edib
Tədbirin sonunda iştirakçıarı maraqlandıran sualar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib.