Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.09.2017

Maarifləndirmə tədbirləri davam etdirilir

Sentyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Yevlax rayon Yenicə kənd məscidi dini icmasının “Azərbaycan İslam həmrəyliyinin idea və real fəaliyyət mərkəzinə çevrilir” layihəsi çərçivəsində “İslam dini dostluq dinidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev və şöbənin əməkdaşı Fuad Şirinov, Yevlax RİH başçısının Yenicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Raqif Musayev, Yevlax şəhər “Cümə” məscidinin axundu Namiq Əliyev, Yenicə kənd məscidi dini icmasının sədri Tofiq Mustafayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan dini icmanın sədri Tofiq Mustafayev dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib. Tarixən ölkəmizdə istər dini, istərsə də məzhəb baxımından heç bir qarşıdurmanın baş vermədiyini bildirən icma sədri milli-mənəvi dəyərlərimizin təbliğatının bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Yevlax bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb. N.Əfəndiyev Azərbaycan xalqının malik olduğu milli-mənəvi dəyərlərin islami dəyərlərlə mükəmməl uzlaşması nəticəsində tolerant, multikultural və həmrəylik mühitnin formalaşmışdığını deyib. “İslam dinində təbliğ olunan ideyalar qarşılıqlı hörmət, mehribanlıq, sülh və dostluqdan ibarətdir”- deyə o qedye dib.
Mövzu ilə bağlı çıxış edən edən Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov İslam dininin sülh və dostluq dini olduğunu vurğulayıb, islami dəyərlərin əsas qayəsinin dözümlülük, həmrəylik və qarşılıqlı hörmət təşkil etdiyini söyləyib.
Daha sonra çıxış edən natiqlər Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımı ayırmasını dövlətin dinə olan  qayğısı kimi qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr olunan dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilib.