18.11.2016
Bu qəbildən daha bir tədbir Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi “Şıxlar” məscidi dini icması tərəfindən “Dini radikalizmin təzahür formaları və onunla mübarizənin əhəmiyyəti” layihəsi çərçivəsində təşkil olunub.
Maarifləndirmə tədbirləri davam etdirilir
Noyabrın 18-də Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi “Şamlı” məscidi dini icması tərəfindən “Dini ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
“Şamlı” məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, “Şamlı” məscidi dini icmasının sədri Qaraoğlan Həsənov, dini icmanın üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
“Şamlı” məscidi dini icmasının sədri Qaraoğlan Həsənov dini radikalizmlə mübarizənin əhəmiyyətindən danışaraq layihənin bu məqsədə xidmət etdiyini bildirib. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev isə dini ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə haqqında geniş məlumat verib. Qeyd edib ki, dini radikalizm və ekstremizlə üç istiqamətdə - hüquqi, iqtisadi və maarifləndirmə üzrə mübarizə aparılmaqdadır. Ekstremizmin dini, sosial və ictimai zərərləri haqqında məlumat verən Dövlət Komitəsinin rəsmisi ölkəmizdə dini maaifləndirmə işinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırıb.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
***
Bu qəbildən daha bir tədbir Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi “Şıxlar” məscidi dini icması tərəfindən “Dini radikalizmin təzahür formaları və onunla mübarizənin əhəmiyyəti” layihəsi çərçivəsində təşkil olunub.
“Şıxlar” məscidində keçirilmiş tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, “Şıxlar” məscidi dini icmasının sədri Nazim Lazımov, dini icmanın üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan N.Lazımov maarifləndirmə layihəsinə verilən dəstəyə görə dövlət rəhbərliyinə təşəkkürünü bildirib. Dini icma sədri maarifləndirmənin dini ektremizmin təzahür formaları ilə mübarizədə ən effektiv yol olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq haqqında söhbət açıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mədəni müxtəliflik və qarşılıqlı hörmət siyasəti dini radikalizmin təzahürləri ilə mübarizədə böyük əhəmiyyətə malikdir. Maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərə toxunan C.Əliyev bu fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıb.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

.jpg)
