Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.11.2016

Lerikdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Noyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayon 1 saylı texniki fənlər təmayüllü liseyində “Uşaq hüquqları aylığı” çərçivəsində  tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov, Lerik  Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lerik  Rayon İcra Hakimiyyəti başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Rəhimov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov ölkəmizdə uşaq hüquqlarının müdafiə olunması məqsədi ilə mühüm qanun və proqramların qəbul olunmasından danışıb. A. Həsənov uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən,milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov uşaq hüquqlarının müdafiəsinin və uşaqların milli-mənəvi ruhda tərbiyə edilməsinin əhəmiyyətindən, İcra Hakimiyyəti başçısı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Anar Rəhimov uşaq hüquqlarının müdafiəsinin dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olması haqqında  danışıblar.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.