01.12.2016
Lerikdə "Dini radikalizm və ekstremizmin fəsadları” mövzusunda tədbir keçirilib
Dekabrın 1-də Lerik Rayon İcra Hakimiyyətinin (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Lerik rayonu Çayrud kənd tam orta məktəbində "Dini radikalizm və ekstremizmin fəsadları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov, Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Çayrud kənd tam orta məktəbinin müəllimləri, ziyalılar, gənclər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov dini ekstremizmin fəsadlarından, İslam dünyasında, o cümlədən ölkəmizdə dini ekstremizmin yaranma səbəbləri və dini dəyərlərimizi qorumaqla dini radikalizmlə mübarizə aparmağın üsullarından bəhs edib.
Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov çıxış edərək bildirib ki, ölkəmizdə zəngin multikultural və onun tərkib hissəsi olan tolerantlıq ənənələrinin qorunub daha da inkişaf etdirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Çayrud kənd tam orta məktəbinin tarix müəllimi Samir Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ili məhz "Multikulturalizm ili" elan etməsini Azərbaycandakı tolerant mühit və multikultural ənənəyə hörmətin yüksək olması ilə əlaqədar olduğunu söyləyərək ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib.
Tədbirdə Komitənin hazırladığı dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən "Fitnə” sənədli filmi nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
.jpg)

.jpg)
