Lerikdə milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı tədbir keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin dəstəyi ilə Lerik rayonu Monidigah kənd məscidi dini icmasının həyata keçirdiyi "Gənclər və milli mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə kənd ağsaqqalları, ziyallılar, dini icmanın üzvləri, dindarlar və gənclər iştirak ediblər. Tədbirdə Monidigah kənd məscidi dini icmasının sədri Mədət Abdullayev "Milli adət ənənələrimiz",kənd ağsaqqallı Möhübbət Bağır oğlu Rzayev "Valideynə hörmət" mövzuları ətrafında geniş məruzələrlə çıxış ediblər.
Monidigah kənd məscidinin axundu, dini icmanın sədri Hacı Mədət Abdullayev layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə sərəncamı dövlətin dinə olan növbəti dəstəyi və qayğısı kimi qiymətləndirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Gənclər və milli mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində çap olunan Qurani Kərimin Azərbaycan dilindəki nəfis tərcüməsi və digər ədəbiyyatlar tədbir iştirakçılarına təqdim olununub. Tədbir iştirakçıları çay süfrəsi ətrafında mövzularla bağlı rəy və təkliflərini bildiriblər .

.jpg)