08.01.2016
Lerikdə dini radikalizmlə mübarizə yolları müzakirə edilib
Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər davam etdirilir. Yanvarın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lerik rayonu Gürdəsər kənd məscidi dini icmasının "Dini radikalizmə qarşı mübarizə yolları və milli mənəvi dəyərlərimizin təbliği" layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov, Gürdəsər kənd məscidi dini icmasının sədri Rafiq Kişiyev, dindarlar, kənd sakinləri, o cümlədən gənclər iştirak ediblər.
Tədbirdə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov, Gürdəsər kənd məscidi dini icmasının sədri Rafiq Kişiyev, dindarlar, kənd sakinləri, o cümlədən gənclər iştirak ediblər.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov çıxış edrək, layihənin əhəmiyyəti və görüləcək işlər barədə ətraflı məlumat verib. A. Həsənov qeyd edib ki, ölkəmizdə həyata keçirilən dini maarifləndirmə milli və dövlətçilik maraqlarına xələl gətirən amillərə qarşı mübarizədə öz müsbət təsirini göstərəcək.
Daha sonra çıxış edən natiqlər mövzu ilə bağlı fikirlərini bölüşüblər. Sonda tədbir iştirakçılarını maraqlandırılan suallar cavablandırılıb.