Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.11.2016

Lerikdə “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbir keçirilib

Noyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lerik rayon Heydər Əliyev mərkəzində “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Lerik  Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov, Lənkəran Dövlət Universitetinin müəllimi,tarix üzrə fəlsəfə doktoru Samir Kərimov, Lerik Rayon Təhsil şöbəsinin metodisti Qafur Xosiyev və Lerik Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov Azərbaycanın tolerantlıq modelinin əhəmiyyətindən danışıb. Natiq qeyd edib ki, Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib.
Tədbirdə Lənkəran Dövlət Universitetinin müəllimi,tarix üzrə fəlsəfə doktoru Samir Kərimov “Beynəlxalq aləmdə Azərbaycanın tolerantlıq modeli”, Lerik Rayon Təhsil Şöbəsinin metodisti Qafur Xosiyev ”Azərbaycanda dini tolerantlıq və birgə yaşama mədəniyyəti ” mövzuları ətrafında məruzələrlə çıxış ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.