Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.09.2016

Lerik rayonunda "İslam sülh dinidir" mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lerik rayonu Lüləkəran kənd məscidində “Sülh aylığı” çərçivəsində "İslam sülh dinidir" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, Blaband kənd bələdiyyəsinin Lüləkəran kəndi üzrə nümayəndəsi Əfqan Quliyev, Lüləkəran kənd tam orta məktəbinin direktoru Şakir Babayev, kənd ağsaqqalı Elxan Əliyev, din xadimləri və dindarlar iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Azər Həsənov çıxışında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə elan edilmiş “Sülh aylığı” və Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması sahəsində Milli Fəaliyyət Proqramı”nın mahiyyəti barədə fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildiribki, “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən, sülh və dözümlülük və milli-mənəvi dəyərlərin təbliği prioritet məsələ kimi təsbit olunub. Məhz ölkə başçısının müvafiq Sərəncamını əldə rəhbər tutaraq bölgə şöbəsinə daxil olan rayonlarda  maarifləndirici və təbliğat xarakterli tədbirlər həyata keçirilir.
Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev öz çıxışında vurğulayıb ki, İslam sülh və barışıq dinidir və İslam dini meydana gəldiyi gündən demokratik və tolerant bir din kimi özünü göstərə bilib.
Lüləkəran kənd tam orta məktəbinin direktoru Şakir Babayev çıxış edərək, Həzrəti Peyğəmbərin (s) zamanında və sonrakı dövrlərdə İslamın humanist qaydalar əsasında yayıldığını və müasir dövrdə digər dinlərə qarşı tolerantlıq prinsipinin Azərbaycanda orta əsrlərdən bəri mövcud olduğu haqda ətraflı məlumat verib.
Daha sonra çıxış edən Blaband kənd bələdiyyəsinin Lüləkəran kəndi  üzrə nümayəndəsi Əfqan Quliyev və kənd ağsaqqalı Elxan Əliyev bildiriblər ki, Azərbaycan tarixən tolerant bir ölkə olmuş, insanlar daim milli və dini əminəmanlıq şəraitində yaşamışlar. Bu cür dözümlülüyun  indiyədək qalmasında xalqımızın və İslam dininin rolu böyükdür.
Ulu Öndərin əsasını qoyduğu dini dözumlülük nümunəsi bu gün cənab İlham Əliyevin siyasəti nəticəsində uğurla davam etdirilir. Tədbirin sonunda iştirakçılara Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinın razılığı ilə çap edilmiş dini ədəbiyyatlar hədiyyə edilib.