Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.10.2019

Lənkəranda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub

Oktyabrın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində rayonun Daşdalıqjar kənd ümumi orta məktəbində tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran ŞTŞ-nin əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Ruslan Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlar zamanı uşaqların hüquq və vəzifələri haqqında məlumat verilib. Ölkəmizdə hər il 20 oktyabr-20 noyabr tarixinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə “Uşaq hüquqları aylığı” elan edildiyi və bununla bağlı bütün ölkə ərazisində tədbirlərin keçirildiyi vurğulanıb. Natiqlər, uşaqların mənəvi dəyərlərimiz əsasında və Azərbaycançılıq ruhunda tərbiyə edilmələrinin vacibliyinə diqqət çəkiblər.

       Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.