12.05.2017
Lənkəranda növbəti maarifləndimə tədbiri keçirilib
Mayın 12-də Lənkəranda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam Həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidində “Dövlət-din münasibətlərinin formalaşmasında Heydər Əliyevin rolu” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, din xadimləri, gənclər və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra onun böyük uzaqgörənliklə müəyyənləşdirdiyi Azərbaycançılıq konsepsiyasına uyğun olaraq dövlət-din münasibətlərinin, millətlərarası və dinlərarası dialoqun genişlənməsi üçün əlverişli şəraitin yaradıldığını qeyd edərək, Ümummilli Liderin İslam ölkələri arasında sülh və həmrəyliyin qorunmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Q.Məmmədov Ümummilli Lider Heydər Əliyevin 94 illiyi münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icmalar arasında “Heydər Əliyev irsi və İslam həmrəyliyi” mövzusunda keçirilən məqalə müsabiqəsində III yerə layiq görülən və diplomla təltif olunan Lənkəran rayonu Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayevi təbrik dərək ona uğurlar arzulayıb. Şağlaser kənd məscidi dini icmasının sədri Ruhulla Ruhullayev Ulu Öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra cəmiyyətimizin dini və mənəvi dəyərlər sahəsində müsbət istiqamətdə böyük dəyişiklik və inkişafın baş verdiyini bildirib.
Cil kənd tam orta məktəbinin tarix müəllimləri Şahvələd Nuriyev, Yarbala Babayev Ümummilli Liderin layiqli davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə tarixi missiya həyata keçirən ölkəmizin bununla İslam ölkələrini sülhə, həmrəyliyə, birliyə çağırdığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilib.
.jpg)


