Lənkəranda “N” saylı hərbi hissədə tədbir keçirilib
Noyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) birgə təşkilatçılığı ilə DSX-nin Lənkəran şəhərindəki “N” saylı hərbi hissəsində “Dünyəvi dövlətdə din və ideoloji təhlükəsizlik məsələləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, DSX-nin nümayəndəsi, polkovnik-leytenant Bəhruz Qasımov, "N" saylı hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Tural Kərimli, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.
Çıxışlar zamanı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri, habelə milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan tolerant və multikultural dəyərlərdən bəhs edilib. Gənclərin radikal dini təsirlərdən və yad ideologiyalardan qorunmasının vacibliyi qeyd edilərək onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunmasının zəruriliyi diqqətə çatdırılıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş edilib.



