Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
07.04.2017

Lənkəranda məktəblilərin radikal dini düşüncələrdən qorunması yolları müzakirə edilib

Aprelin 7-də Lənkəran şəhər 4 saylı Humanitar Təmayüllü Məktəb Liseyində “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” mövzusunda  tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin əməkdaşları,  Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran şəhər Təhsil şöbəsinin əməkdaşları Nəsir Əkbərov, Ramin Höccətov, 4 saylı HTML-in direktoru Yeganə Əsgərova, Lənkəran şəhər 1,4 saylı və Sütəmurdov kənd R.Dadaşov adına tam orta məktəblərinin müəllim-şagird kollektivi iştirak edib.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov “Multikulturalizm ili”nin davamı kimi cənab Prezident tərəfindən bu ilin  “İslam Həmrəyliyi İli” elan edilməsinin mühüm və mütərəqqi təşəbbüs olduğunu diqqətə çatdırıb. Natiq dini radikalizm, ekstremizm və onun fəsadları haqqında məlumat verərək, gənclərin maariflənməsi, radikal qrupların təsirinə məruz qalmamaları baxımından “Fitnə” filminin mühüm əhəmiyyəti olduğunu bildirib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Asif İmanlı  şagirdlər arasında bu kimi maarifləndirmə tədbirlərinin keçirilməsinin, gənclərin bu istiqamətdə məlumatlandırılmasının zəruriliyini qeyd edib.
Lənkəran şəhər Təhsil şöbəsinin əməkdaşı Ramin Höccətov ölkəmizdə tarixən tolerant və multikultural mühitin hökm sürdüyünü, gənclərin radikal dini təsirlərdən qorunmasında təhsilin əhəmiyyətini vurğulayıb.
Sonda Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Fitnə” sənədli filmi nümayiş olunub.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq həyata keçirilib.