Lənkəranda maarifləndirmə tədbirləri təşkil olunub
Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Lənkəran rayonunun Boladi, Şağlaser və Separadi kənd məscidlərində mənəvi dəyərlərin təbliği lə bağlı tədbirlər keçirilib.
Tədbirlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Emin Həmidli, Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, eləcə də dini icma sədrləri, dindarlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasının və gənclər arasında təbliğ edilməsinin vacibliyi vurğulanıb. Dini dəyərlərimizin mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu qeyd edən natiqlər bu baxımdan din xadimi və dindarların üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıblar. Dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən bəhs edilib, vurğulanıb ki, gənclər arasında vətənpərvərliyin təbliğ edilməsi dini radikalizmə qarşı mübarizədə olduqca əhəmiyyətlidir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.