Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.12.2019

Lənkəranda maarifləndirmə tədbiri təşkil olunub

Dekabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran  Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə rayonun R.Dadaşov adına Sütəmurdov kənd tam orta məktəbində  tədbir keçirilib.

“Gənclərin radikal dini təsirlərdən və zərərli vərdişlərdən qorunmasında mənəvi dəyərlərimizin rolu” mövzusunda baş tutan tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran ŞTŞ-nin  əməkdaşı Cəmil Axundzadə, məktəbin direktoru Kamran Əliyev, müəllimlər və şagirdlər iştirak edib.

Çıxışlar zamanı gənclər arasında mənəvi dəyərlərin təbliğ edilməsinin zəruriliyi qeyd edilib. Radikal dini cərəyanlar və zərərli vərdişlər barədə məlumat verilərək vurğulanıb ki, gənclərimizin yad təsirlərdən qorunması olduqca vacibdir.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.