Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.11.2019

Lənkəranda konfrans təşkil olunub

Noyabrın 21-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mədəniyyət Nazirliyi arasında “Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliği və dini radikalizmə qarşı mübarizə”yə dair 2019-cu il üçün birgə Tədbirlər Planına əsasən DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan xalqının birgəyaşayış mədəniyyəti və multikulturalizm təcrübəsi”  mövzusunda konfrans keçirilib.

Tədbirdə  DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli və rayonun mədəniyyət işçiləri iştirak ediblər.

Çıxışlar zamanı xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində tolerant və multikultural ənənələrdən bəhs edilərək bu ənənələrin birgəyaşayış mədəniyyətini  təşkil etdiyi vurğulanıb. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm İli”, onun məntiqi davamı kimi 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi tolerant və multikultural dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə çardırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.