Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
05.06.2017

Lənkəranda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

İyunun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Şəhər Təhsil Şöbəsi və İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad regional mərkəzinin birgə təşkilatçılığı ilə Xanbulan kənd tam orta məktəbində “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşı Könül Manafova, İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov, Şəhər Təhsil Şöbəsinin əməkdaşı İlham Qurbanov, Xanbulan kənd tam orta məktəbinin direktoru Mərziyyə Əliyeva, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində mütərəqqi tədbirlərin  həyata keçirildiyini bildirib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı uşaq hüquqları, uşaqların təhsil hüququ haqqında çıxış edərək, ölkəmizdə insan hüquq və azadlıqlarının tam şəkildə qorunduğunu qeyd edib.
İnsan Hüquqları üzrə Müvəkkilin Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov insan hüquq və azadlıqları, bu sahədə qəbul edilmiş qanunlar, qərarlar və digər normativ aktlar haqqında məlumat verib. O, bu sahədə görülən işləri, həyata keçirilən layihələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda şagirdlər mövzu ilə bağlı kompozisiya nümayiş etdiriblər. Tədbirdə fərqlənən şagirdlər təltif ediliblər.