Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
27.05.2016

Lənkəranda “Heydər Əliyev və dövlət-din münasibətləri”mövzusunda tədbir keçirilib

Mayın 27-də Lənkəran şəhəri “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə 28 may – Respublika gününə həsr olunmuş “Heydər Əliyev və dövlət-din münasibətləri”mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov bildirib ki, böyük dövlət xadimi və böyük azərbaycanlı Heydər Əliyev hakimiyyətə ikinci dəfə - 1993-cü ildə gəldikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə münasibət kökündən dəyişdi. Ulu Öndərimiz bütün ömrü boyu azərbaycanlı və müsəlman olması ilə fəxr etmişdir.
Sonra tədbir iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Şahbazovun “Heydər Əliyev və dövlət–din münasibətləri” adlı məruzəsini dinləyiblər. Natiq vurğulayıb ki, müstəqil Azərbaycan Respublikasının banisi Heydər Əliyev ölkədə mövcud olan bütün dinlərə,  onların dini rəhbərlərinə həmişə hörmətlə yanaşırdı. Bu ənənəni Böyük Heydər Əliyev yolunun uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev cənabları öz fəaliyyətində bir vəhdət halında birləşdirir və bu missiyanı xalq öz Prezidentinin milli dəyərlərə diqqət və qayğısı kimi dəyərləndirir.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov, Lənkəran rayon Ləj kənd məscidinin axundu Samid Quliyev, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, Lənkəran şəhər “Cümə” məscidinin axundu Ramiz Əlifov və başqaları məruzələrində vurğulayıblar ki, ölkəmizdə din azaddır, burada yaşayan hər bir xalqın dininə və milli mənəviyyatına hörmət və ehtiramla yanaşılır. Respublikamızda dinə münasibət vətəndaşların vicdan azadlığına münasibətin təzahürüdür.
Sonda tədbir iştirakçıları Lənkəran şəhər “Cümə” məscidində Cümə namazı qılıb, xütbələr dinləyib, şəhidlərimizin ruhuna dualar oxuyublar.