Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.05.2018

Lənkəranda “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir baş tutub

Mayın 3-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhər R.Məmmədov adına 5 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Lənkəran Şəhər Təhsil Şöbəsinin əməkdaşı Ramin Hüccətov, 5 saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfər Fətullayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan 5 saylı tam orta məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Cəfər Fətullayev çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində oynadığı rol, çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verib. C.Fətullayev keçirilən tədbirin gənclərin mənəvi-psixoloji hazırlığı və ictimai dünyagörüşlərinin formalaşmasında mühüm rol oynadığını bildirib.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli Ulu Öndər Heydər Əliyevin hər zaman xalqına ləyaqətlə xidmət etiyini, onun fəaliyyətinin öyrənilməsinin hər bir vətəndaş üçün mənəvi borc olduğunu qeyd edib. E.Həmidli Ulu Öndərin ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra milli-mənəvi və dini dəyərlərə dönüşün baş verdiyini bildirib. E.Həmidli ölkəmizdə dövlət-din münasibətlərinin Ulu Öndər tərəfindən çox böyük uzaqgörənliklə əsasının qoyulduğunu, bu gün möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini vurğulayıb.
Lənkəran Şəhər Təhsil şöbəsinin əməkdaşı Ramin Hüccətov çıxışında ölkəmizdə dövlət gənclər siyasətinin əsasının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Bu siyasətin həyata keçirilməsi sayəsində  yüksək təhsil almış, vətəninə, dövlətinə sadiq, milli mənafeyi hər şeydən üstün tutan gənclər ordusu formalaşıb,-deyə R.Hüccətov fikrini davam etdirib. R.Hüccətov, həmçinin Heydər Əliyevin təhsilin inkişafı naminə gördüyü işlər haqqında tədbir iştirakçılarına müfəssəl məlumat verib.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film izlənilib, şagirdlərin ifasında şeirlər səsləndirilib.