Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.08.2015

Lənkəranda “Gənclər və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin dəstəyi ilə Lənkəran şəhəri ”Böyük Bazar” cümə məscidi dini icmasının “Gənclər və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə  dindarlar, şəhər sakinləri, din xadimləri və xüsusilə gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Lənkəran şəhər “Böyük Bazar” cümə məscidi dini icmasının sədri Sədi Axundzadə açaraq layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən səhbət açıb. O, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Tədbirdə Lənkəran şəhəri “Böyük Bazar” cümə dini icmasının sədri Sədi Axundzadə  "Alkoqollu içkilərin zərərli təsiri", Lənkəran şəhəri “Böyük Bazar”cümə məscidinin axund müavini Amid Bağırov “ Tütün və zərərli vərdişlərin insan sağlamlığına ziyanı” mövzuları üzrə məruzələrlə çıxış ediblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.