Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.05.2018

Lənkəranda “Dini-tarixi abidələrimiz mədəni sərvətimizdir” adlı tədbir keçirilib

Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Lənkəran rayonu üzrə təmsilçiliyinin birgə təşkilatçılığı ilə şəhər Mərkəzi Kitabxanasında “Dini-tarixi abidələrimiz mədəni sərvətimizdir” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Lənkəran rayonu üzrə təmsilçiliyinin məsul əməkdaşı Şəlalə Əkbərova, dini icma sədrləri, din xadimləri və abidə mühafizəçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında xalqımızın zəngin tarixi keçmişə malik olduğunu bildirib. E.Həmidli ölkəmizdə dövlət tərəfindən dini-tarixi abidələrin qorunduğunu, hərtərəfli qayğı göstərildiyini, məscidlərin təmiri, bərpası və yenidən qurulması işlərinin geniş vüsət aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Dövlət Xidmətinin Lənkəran rayonu üzrə təmsilçiliyinin məsul əməkdaşı Şəlalə Əkbərova çıxışında dini-tarixi abidələrimizin tarixiliyinin qorunması və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Ş.Əkbərova, həmçinin abidələrin qorunması və bərpası ilə bağlı lazımi tövsiyələrini verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.