09.09.2015
Lənkəranda dini maarifləndirmə ilə bağlı tədbirlər keçirilib
Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə məscidi dini icmasının həyata keçirdiyi “Dindarlar milli-mənəvi dəyərlərimizin keşikçisidir” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə dindarlar, ziyalılar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə məscidi dini icmasının sədri Asəf Axundov açaraq layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən söhbət açaraq , dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib. Tədbirdə Lənkəran şəhər “Böyük Bazar” cümə məscidinin axund müavini Amid Bağırov “Vəhhabi təriqəti və onun törətdiyi fəsadlar”, Lənkəran rayonu Aşağı Nüvədi qəsəbə məscidi dini icmasının sədri Asəf Axundov ” Radikalizmə qarşı mübarizədə dinin rolu ” mövzuları üzrə məruzələrlə çıxış ediblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
***
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lənkəran rayonu Şıxakəran kənd məscidi dini icmasının həyata keçirdiyi “Erkən nikah və onun fəsadları” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə dindarlar, ziyalılar və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə Lənkəran rayon Şəxakəran kənd məscidi dini icmasının sədri Muxtar Əzizov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən söhbət açaraq, dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə sərəncamını dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirib.
Tədbirdə Lənkəran rayonu Siyavar kənd məscidinin axundu Məzahir Hacıyev “Nümunəvi ailə”, Lənkəran Şıxakəran kənd məscidi dini icmasının sədri və məscidin axundu Muxtar Əzizov ” Erkən nikah-təhsilsiz ana”, Lənkəran rayonu Şürük kənd tam orta məktəbinin müəllimi Sərhad Hüsüynov “Təhsil gələcəyimizdir” mövzuları üzrə məruzələrlə çıxış ediblər.
(15).jpg)
(8).jpg)
(9).jpg)