Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.06.2020

Lənkəranda dini icma sədrləri və din xadimlərinin iştirakı ilə videokfrans keçirilib

İyunun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə videokonfrans keçirilib. Videokonfransda DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi İlham Əliyev, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı bütün dünyanı bürüyən koronavirus pandemiyasına qarşı ölkəmizdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli tədbirlər qeyd edilib. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarına, Dövlət Komitəsi və QMİ rəhbərliyinin yas mərasimləri ilə bağlı tapşırıq və tövsiyələrinə əməl edilməsinin vacibliyi vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.