Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
20.02.2020

Lənkəranda din xadimləri ilə görüş keçirilib

Fevralın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsi, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Lənkəran rayonunun Digah kənd məscidində tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Tacəddin Sadıqov, Lənkəran ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Lənkəran ŞİH başçısının Şiləvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elnur Rufullayev, Digah kənd məscidi dini icmasının sədri İlham Şükürov, kənd ictimaiyyətinin nümayəndələri və dindarlar iştirak edib.

Çıxışlar zamanı xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasının və gənclər arasında təbliğ edilməsinin vacibliyi vurğulanıb. Dini dəyərlərin mənəvi dəyərlərimizin tərkib hissəsi olduğunu qeyd edən natiqlər bu baxımdan din xadimi və dindarların üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.