Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.11.2016

Lənkəranda Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə reyd keçirib

Noyabrın 11-də Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran şəhərində dini ədəbiyyatların satışı ilə məşğul olan 3 mağazada müvafiq reydlər keçiriblər.
Keçirilən reydlər zamanı hər 3 mağazanın dini ədəbiyyatların satışını həyata keçirmək üçün DQİDK-dan razılıq əldə etmədikləri müəyyən olunub.
Reyd keçirilmiş mağazaların ikisindən ümumilikdə müvafiq razılığı olmayan  93 nüsxə dini təyinatlı ədəbiyyat aşkarlanaraq müsadirə edilib. Hər iki mağaza barəsində qanunamüvafiq qaydada protokol tərtib olunub. Digər mağaza sahibinə isə şifahi xəbərdarlıq edilib.
Mağaza sahibləri ilə müvafiq profilaktik söhbətlər aparılıb. Bu istiqamətdə müvafiq araşdırmalar davam etdirilir.