Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
31.08.2015

Lənkəran və Zaqatalada dini maarifləndirmə tədbirləri keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsin dəstəyi ilə avqustun 30-da Lənkəran rayonu Şıxakəran kənd məscidi dini icmasının “Erkən nigah və onun fəsadları” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə dindarlar, kənd sakinləri, və gənclər iştirak ediblər. Tədbirdə Lənkəran rayonun Şıxakəran kənd məscidi dini icmasının sədri Muxtar Əzizov "Erkən nigahın səbəbləri  və onun nəticələri", Lənkəran şəhəri “Böyük Bazar” cümə məscidinin  axund köməkçisi Amid Bağırov “Ailə dəyərlərimizi qoruyaq”, din xadimi Həmzə Babayev “Ağsaqqal sözü” mövzuları üzrə məruzələrlə çıxış ediblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 
                                                           ****
Avqustun 28-də Zaqatala rayonu Göyəm kənd məscidi dini icması tərəfindən “Ənənəvi İslam dəyərləri və adət-ənənələrimizin təbliği”  layihəsi çərçivəsində keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Rüstəm Ramazanov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Zaqatala rayon Göyəm kənd ərazi dairəsinin nümayəndəsi Həsrət Allahverdi, Zaqatala rayon Göyəm kənd məscidi dini icmasının sədri və imamı Niyazi Qarakişiyev, Milli QHT Forumunun regional kordinatoru Asif Bayramov, kənd gəncləri, ziyalılar,  ağsaqqallar və digər şəxslər iştirak ediblər.
Əvvəlcə icma sədri Niyazi Qarakişiyev dini icmanın həyata keçirdiyi bu layihənin dövlətimizin başçısı cənab İlham Əliyevin dini sahəyə qayğısının təzahürü olmasını qeyd edib, belə layihələrin bölgə üçün vacibliyini dilə gətirib. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov isə ənənəvi dəyərlərin və adət-ənənələrin İslamın ayrılmaz tərkib hissəsi olmasından, bu dəyərləri və adət-ənənələri qoruyub saxlamanın İslam dininin yad təsirilərdən mühafizə olunub qorunmasında böyük əhəmiyyət kəsb etməsindən bəhs edib.
DQİDK-nın təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Rüstəm Ramazanov da öz növbəsində ənənəvi dəyərlərin bir cəmiyyətin mənəvi inkişafı üçün nə qədər mühüm rol oynamasından, dövlət-din münasibətlərinin Azərbaycan modeli və Azərbaycandakı tolerant  mühit barədə geniş söhbət aparıb.
                                                       ****
Avqustun 27-də Zaqatala rayon Sumaylı kənd məscidi dini icması tərəfindən “Gənclərimizin zərərli vərdişlərdən qorunması və vətənpərvərlik ruhunda tərbiyəsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir. Tədbirdə DQİDK-nın əməkdaşı Rüstəm Ramazanov, DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Zaqatala rayon Göyəm kənd bələdiyyəsinin nümayəndəsi Əsədulla Qədirov, Zaqatala rayon Sumaylı kənd məscidi dini icmasının sədri və imamı Fərhad Məmmədov, Milli QHT Forumunun regional kordinatoru Asif Bayramov, kənd gəncləri, ziyalılar,  ağsaqqallar və digər şəxslər iştirak ediblər.
Əvvəlcə icma sədri F. Məmmədov layihə çərçivəsində keçirilən ikinci tədbiri barədə məlumat verib, bu cür tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətindən danışıb. DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov Dövlət Komitəsinin ümumilikdə respublikada, eyni zamanda Zaqtala bölgəsində dini maarifləndirmə sahəsində gördüyü işlərdən danışıb.
Daha sonra DQİDK-nın təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Rüstəm Ramazanov dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə dini maarifləndirmə işinin təşkilinə ayrılan vəsaitin dövlətin dini sahəyə olan böyük qayğısının təzahürü olmasını vurğulayıb.