Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.08.2015

Lənkəran və Lerikdə milli-mənəvi dəyərlərin təbliği ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər keçirilir. Belə tədbirlərdən biri avqustun 25-də Lerik rayonu Monidigah kənd məscidi dini icmasının həyata keçirdiyi "Gənclər və milli mənəvi dəyərlərimiz" layihəsi çərçivəsində növbəti maarifləndirici keçirilib. Tədbirdə  Monidigah kənd  məscidinin axundu, dini icmanın sədri Hacı Mədət Abdullayev, kənd ağsaqqalı Möhübbət Bağır oğlu Rzayev  və dindarlar, kənd sakinləri, xüsusilə də gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Monidigah kənd  məscidinin axundu, dini icmanın sədri Hacı Mədət Abdullayev, layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə sərəncamı dövlətin dinə olan növbəti dəstəyi və qayğısı kimi qiymətləndirən icma sədri  ümidvar olduğunu bildirib ki, layihələr çərçivəsində keçirilən tədbirlərdə cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılması üçün səy göstəriləcək. Tədbirdə  Monidigah kənd  məscidinin axundu, dini icmanın sədri Hacı Mədət Abdullayev  “ Zərərli vərdişlərə qarşı mübarizə “,  kənd ağsaqqalı Möhübbət Bağır oğlu Rzayev  "Ağsaqqal nəsihəti" mövzuları üzrə məruzələrlə çıxış edərək tədbir iştirakçılarını məlumatlandırıblar.                                                              
                                                                                ***
Avqustun 25-də Lənkəran şəhəri  “Böyük Bazar” Cümə məscidi dini icmasının həyata keçirdiyi  “Gənclər və milli-mənəvi dəyərlərimiz”layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov layihə çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Dövlət başçısının dini icmalara dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı maliyyə yardımının ayırması barədə sərəncamı dövlətin dinə olan növbəti qayğısı kimi qiymətləndirən natiq ümidvar olduğunu bildirib ki, onlarla dini icmaya ayrılmış vəsait dini icmaların fəaliyyətində aktivlik yaradacaq və layihələr çərçivəsində keçirilən tədbirlərdə cəmiyyəti narahat edən neqativ halların aradan qaldırılması üçün səy göstəriləcək, gənclərə İslam dini və milli mənəvi dəyərlərimiz haqqında verilən ətraflı məlumat və izahatlar öz bəhrəsini verəcək.
Tədbirdə Lənkəran şəhəri “Böyük Bazar” Cümə məscidi dini icma sədri Qəni Axundzadə " Nikah və kəbin haqqında ”, ”Böyük Bazar”Cümə məscidinin axundu Amid Bağırov ”Erkən nikah və onun  fəsadları haqqında” Lənkəran şəhər Qeydiyat şöbəsinin aparıcı məsləhətçisi Bəxtiyar Tağıyev "Dövlət nikahına girməyin vacibliyi”,  rayonun Cil kənd məscidi dini icma sədri və axundu Əliəşrəf Əliyev  “Nikaha girməyin fəlsəfəsi haqqında” mövzuları üzrə məruzələrlə çıxış ediblər.