Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.03.2017

Lənkəran rayonunda maarifləndirici tədbir keçirilib

Martın 2-də Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Lənkəran rayonunda Cil kənd “Hüseyniyyə” məscidi dini icması tərəfindən “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov layihənin əhəmiyyətindən danışaraq İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə mühüm vasitə olduğunu deyib.O qeyd edib ki, cənab Prezidentin İslam həmrəyliyi təşəbbüsü zamanın çağırışlarını özündə ehtiva edən addımdır.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu vurğulayaraq dinə göstərilən dövlət qayğısından danışıb.
Hirkan qəsəbə məscidinin axundu Ayaz Mirzəyev isə ənənəvi İslam dəyərləri, dinimizdə “Orta yol” anlayışı, onun mahiyyəti haqqında məlumat verib.
Tədbirdə iştirak edən Lənkəran rayonu Daşdatük kənd məscidinin axundu və dini icmasının sədri Şahid Babayev İslam dininin sülh, dostluq və həmrəylik dini olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İlahiyyatçı Mahir Şəkərov İslam dinində ədəb və əxlaq qaydaları, böyüyə hörmət, kiçiyə mərhəmət prinsipləri haqqında məlumat verərək, İslam dininin olduğu kimi təbliğ olunmasının vacibliyini bildirib.
Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.