Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.04.2017

LDU-da “Multikulturalizm etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin səmərəli siyasət modeli kimi” adlı elmi seminar keçirilib

Aprelin 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Dövlət Universitetinin (LDU) birgə təşkilatçılığı ilə “Multikulturalizm etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin səmərəli siyasət modeli kimi” adlı elmi seminar keçirilib.
Seminarda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, LDU-nun tədqiqat işləri və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən Yədulla Ağazadə, eləcə də universitetin professor-müəllim kollektivi iştirak edib.
Tədbirdə məruzə ilə çıxış edən  LDU-nun baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov multikulturalizm, onun mahiyyəti, dünyadakı multikulturalizm modelləri haqqında məlumat verib.
Seminarda çıxış edən digər məruzəçi DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Azərbaycanın tarixən multikultural və tolerant dəyərlərlə yaşayan ölkə olduğunu, bu dəyərlərin xalqımızın həyat tərzini təşkil etdiyini seminar iştirakçılarının  diqqətinə çatdırıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.