17.05.2018
Laçın rayon Fingə kənd tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş etdirilib
Mayın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsi və Laçın Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Laçın rayon Fingə kənd tam orta məktəbində “Şəhadət” sənədli filmi nümayiş olunub.
Tədbirdə Laçın RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə, Laçın Rayon Təhsil Şöbəsinin əməkdaşı Şamo Qasımov, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Laçın RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı C.Əvəzadə dini radikalizmə qarşı mübarizə mövzusunda olan filmin Dövlət Komitəsinin sifarişi əsasında çəkildiyini diqqətə çatdırıb. Qeyd edib ki, “Şəhadət” filmində tamaşaçıya iki fərqli ismarış verilir. Birincisi budur ki, ekran əsərində Qarabağ uğrunda gedən döyüşlərdə döyüşmüş və şəhid olmuş əsgərlərimizin dövlət və xalqımız tərəfindən hörmət və ehtiramla yad edildiyi, onların valideynlərinin keçirdikləri qürur hissi xüsusi qabardılır. Filmin daşıdığı ikinci qayəsi isə xarici dövlətlərdə fəaliyyət göstərən qanunsuz hərbi birləşmələrin, terror təşkilatların tərkibində döyüşən, ölən azərbaycanlı gənclərin valideynlərinin yaşadıqları narahat həyatı, keçirdikləri təəssüf hissini tamaşaçıya çatdırmaqdır.

Filmin nümayişindən sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.