Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.10.2016

Kürdəmirdə “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” mövzusunda tədbir keçirilib

Oktyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Kürdəmir Rayon İcra Hakimiyyəti, Rayon Polis İdarəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Kürdəmir Rayon İdarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhərində “Milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Rayon Polis İdarəsinin əməkdaşı Urman Ağayev, DTX-nın Kürdəmir Rayon İdarəsinin əməkdaşı Seymur Müslümov və rayonun səhiyyə işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov mövzu ilə bağlı çıxış edib. O, dini radikalizm və onun fəsadları, radikalizmin cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbirdə “Dini radikalizmin yaranma səbəbləri və onun fəsadları” mövzusunda çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev radikal qrupların tarix boyu müsəlmanlara zərbə vurduqlarını, İslam dünyasının geriləməsinə səbəb olduqlarını vurğulayıb.
Daha sonra çıxış edən DTX-nın Kürdəmir Rayon İdarəsinin əməkdaşı Seymur Müslümov, Kürdəmir Polis İdarəsinin əməkdaşı Urman Ağayev dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodları, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən danışıblar.
İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini yekunlaşdırıb.