Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
23.05.2017

Kürdəmirdə “Həmrəylik və insan hüquqları” mövzusunda tədbir keçirilib

Mayın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində “Həmrəylik və insan hüquqları” mövzusunda tədbir keçirilib.
Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, rayon Polis idarəsinin əməkdaşı Asif Əhmədov, Qafqaz Müsəlmanları İdarəsinin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, dini icma sədrləri, din xadimləri, rayonun təhsil, mədəniyyət və səhiyyə işçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açıq elan edən Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunub. O bildirib ki, bütün bunlar nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev çıxışında həmrəylik dini olan İslamda insan haqlarına verilən dəyərlər haqqında danışıb. O, eyni zamanda, ölkəmizin müstəqillik əldə etdikdən sonra qoşulduğu 250-dən çox beynəlxalq müqavilənin yarısından çoxunun birbaşa və ya dolayısı ilə insan hüquqları ilə bağlı olmasını vurğulayıb.
DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, rayon Polis idarəsinin əməkdaşı Asif Əhmədov, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov və şəhər (1) məscidi dini icmasının sədri Aqil Əliyev çıxışlarında respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri kimi insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradıldığını, bu təsisatın yaradılmasının hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı olduğunu diqqətə çatdırıblar.