Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
10.03.2017

Kürdəmirdə dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan mağazada reyd keçirilib

Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi (DQİDK) hüquq-mühafizə orqanları ilə birgə Kürdəmir rayonu ərazisində yerləşən dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan mağazada reyd keçirib.
Monitorinqin keçirilməsində məqsəd dini təyinatlı ədəbiyyatların və məmulatların satışı ilə məşğul olan məntəqənin fəaliyyətinin, həmin ədəbiyyatların istehsal və satışı, eləcə də onların nəzarət markası ilə markalanması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunub-olunmamasının müəyyənləşdirilməsindən ibarət olub.
Baxış keçirilən mağazanın ixtisaslaşdırılmış satışla məşğul olduğu müəyyən olunub. Bundan başqa, içərisində müvafiq razılığın olmadığı, nəzarət markası ilə markalanmayan  3 dini təyinatlı ədəbiyyat müəyyən edilərək hüquq-mühafizə orqanları tərəfindən götürülüb.
Qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib və aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir.