Kürdəmirdə dini mərasimlərə həsr olunmuş tədbir keçirilib
Avqustun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəliyinin təşkilatçılığı ilə dini mərasimlərə həsr olunmuş tədbir keçirilib.
Pandemiya ilə əlqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, rayon Polis şöbəsinin rəis müavini Cavanşir Hüseynov, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxış edən tədbir iştirakçıları digər illərdən fərqli olaraq bu il də Aşura mərasiminin pandemiya ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi mövcud qaydalara əsasən həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıblar.

