10.05.2017
Kürdəmirdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə maarifləndirici tədbir keçirilib
Mayın 10-da Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Kürdəmir şəhər (1) məscidi dini icması tərəfindən “İslam təfriqə və xürafata yox deyir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Kürdəmir şəhər Gənclər Evində keçirilən tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov və Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Rayon Polis şöbəsinin əməkdaşı Asif Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, QMİ-nin Kürdəmir rayonu üzrə səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, dini icmanın sədri Aqil Əliyev, məktəb müəllimləri və gənclər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açıq elan edən Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov qeyd edib ki, ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, həm də dünyəvi dəyərlərə tapınan, tolerant bir müsəlman ölkəsinin beynəlxalq siyasətdə tanınan liderlərdən biri olan Azərbaycan Prezidentinin İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn son dərəcə müdrik və səmimi təşəbbüüsdür.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov çıxışında vurğulayıb ki, maarifçilik mövhumat və cəhalət probleminin ən böyük dərmanıdır. Məhz dərin elmi dərketmə, maarifçilik sayəsində gerçək İslam dəyərləri ilə fanatizm və mövhumatı əsaslı şəkildə fərqləndirməyin mahiyyətini ortaya qoyula dini baxışlar haqqında obyektiv qənaətlər cəmiyyətə çatdıra bilər.
Daha sonra çıxış edən natiqlər təfriqə və xürafatın aradan qaldırılması istiqamətində də İslam Həmrəyliyi təşəbbüsünün önəmli rol oynayacağına əminliklərini qeyd ediblər.
Tədbirin yekununda iştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.