Kürdəmirdə 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib
Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir rayon Heydər Əliyev mərkəzinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün ildönümünə həsr olunmuş videokonfrans keçirilib.
Mədəniyyət müəssisələrinin işçilərinin, dini icma sədrləri və din xadimlərinin də iştirak etdiyi anım tədbirində 31 mart soyqırımı hadisələrində və vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı 1918-ci ilin mart soyqırımlarının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğu qeyd edilib. Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinin təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunduğu vurğulanıb.
Çıxışlarda həmçinin qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi.

