Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Keçmişdən gələcəyə: milli-mənəvi dəyərlərimizin qorunması” mövzusunda konfrans keçiriləcəkdir. 7 may 2013-cü il, saat 11:00-da Park İNN otelində baş tutacaq Konfransdan əvvəl Dövlət Komitəsinin rəhbərliyi və müxtəlif dini qurumların nümayəndələri 09:30-da Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər.
Müxtəlif dövlət və hökumət nümayəndələrinin, ölkəmizdə akreditə olunmuş səfir və diplomatların, millət vəkillərinin iştirakı ilə keçiriləcək konfransda Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məqalə müsabiqəsi, mini futbol turniri və ağacəkmə aksiyasında fərqlənən dini icmlara mükafatlar təqdim ediləcəkdir.
Mətbuat xidməti