“Jewish Journal”da Azərbaycandakı tolerantlıqdan bəhs edən məqalə dərc edilib
ABŞ-ın nüfuzlu “Jewish Journal” qəzetində Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevin Azərbaycandakı yəhudi icması, habelə ölkəmizdəki qədim tolerantlıq ənənələri ilə bağlı məqaləsi dərc edilib. Müəllif yəhudi icmasının tarixi haqqında məlumat verərək bildirib ki, hazırda ölkəmizdə 30 min yəhudi digər dinlərin nümayəndələri ilə birgə sülh və harmoniya şəraitində yaşayır.
Məqalədə ABŞ-dakı erməni lobbisinin Azərbaycan və İsrail arasındakı münasibətlərə xələl gətirmək cəhdlərinin mövcudluğundan bəhs edən dini icma sədri Ermənistanın antisemit ölkə olduğunu, nasist Almaniyası ilə əməkdaşlıq etmiş erməni faşist generalı Qaragen Njdeyə Yerevanda abidə ucaldıldığını diqqətə çatdırıb.
Həmçinin Milix Yevdayev Azərbaycan yəhudilərinin həmişə Azərbaycan xalqının yanında, azərbaycanlı qardaşları ilə çiyin-çiyinə Vətənin müdafiəsinə hazır olduqlarını qeyd edərək, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi istiqamətində aparılan işləri məmnunluqla vurğulayıb.
Məqalə ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:
https://jewishjournal.com/commentary/blogs/323016/israel-and-azerbaijan-setting-the-facts-straight/