Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
19.11.2019

“Jewish Journal”: “Müsəlman ölkəsində qəhrəman yəhudinin heykəli ucaldılıb”

ABŞ-ın böyük yəhudi qəzetlərindən olan, Los Ancelesdə buraxılan “Jewish Journal”da Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayevin Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəlinin açılışına həsr etdiyi məqaləsi dərc olunub.

Müəllif məqaləsində qeyd edib ki, 15 noyabr 2019-cu il tarixi Azərbaycanın yəhudi icması və ümumiyyətlə, yəhudilər üçün əlamətdar günlərdən hesab olunur. Həmin gün paytaxtımız Bakıda Azərbaycanın Milli Qəhrəmanının şərəfinə ucaldılmış heykəlin açılış mərasimi keçirilirib. Açılış mərasimində hökumət nümayəndələri, dini icma üzvləri, xarici qonaqlar iştirak ediblər. Mərasimə çox uzaq ölkələrdən: Simon Vizental Mərkəzinin həmtəsisçisi ravvin Abraham Kuper, ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur, Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amar, həmçinin Avropa, ABŞ, Latın Amerikası ölkələrindən bir neçə ravvin, ABŞ-ın Qərb ştatlarından olan senatorlar da qatılıblar.

Milix Yevdayev həmçinin vurğulayıb ki, bu Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirməsi üçün nə ilk, nə də ki, son addımdır. O, Albert Aqarunovun adını daşıyan küçədə əzəmətli heykəlin ucaldılmasına görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Məqalədə, eyni zamanda Milli Qəhrəmanın həyat yolundan və şücaətindən də bəhs olunub.

Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://jewishjournal.com/blogs/307279/a-statue-unveiled-a-jewish-war-hero-honored-in-a-muslim-land/?fbclid=IwAR2KO8Nqe0NaK5gmHjpAy3D3tqKJrgSZWLLlxMch4rHOZxXeqiFqE4cZeds