03.10.2014
İtaliyalı alimlər Azərbaycanda dinlərarası tolerant mühitdən razılıq ifadə etdilər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin 1-ci müavini Səyyad Salahlı 4-cü Beynəlxalq Humanitar Forumda İtaliyadan iştirak edən nümayəndə heyətinin üzvü, Florensiya Universitetinin professoru Franko Kardini,“Vox Populi” elm mərkəzinin rəhbəri, professor Ermanno Vizintayner, “II Nado di Gordio” elm mərkəzinin rəhbəri Daniele Lazzeri və mərkəzin üzvü professor Paolo Zammatteo, İtaliya Yəhudi İcmaları İttifaqının müşaviri Viktor Macarla görüşüb.
Görüşdə Azərbaycanda dinlərarası tolerant mühit, ölkəmizin tolerantlıq ənənələri və s. ətrafında fikir mübadiləsi aparılıb.
Səyyad Salahlı bildirib ki, bu gün dünyada müxtəlif münaqişələr baş versə də Azərbaycanda bu vaxta qədər dini zəmində heç bir qarşıdurma yaşanmayıb.
Qonaqlar ölkəmizdə gördükləri inkişaf və bu inkişafın fonundakı xoşgörülü mühitdən razılıq ifadə ediblər.