Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
22.02.2018

İsmayıllıda Xocalı faciəsinə həsr edilən tədbir keçirilib

Fevralın 22-də İsmayıllı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinə həsr edilən tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, İsmayıllı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, QMİ-nin səlahiyyətli nümayədəsi Şahzadə Bilalov, dini icma sədrləri, imamlar və mütəvəllilər iştirak ediblər.
Əvvəlcə Xocalı faciəsinin günahsız qurbanlarının və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev xalqımıza qarşı edilən qəddarlığın, vəhşiliyin insani dəyərlərə uyğun olmadığını vurğulayaraq bildirib ki, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini yaşatmaq, ruhlarına dualar oxumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
İsmayıllı RİH başçısı Aparatının nümayəndəsi Murad Məhərrəmov çıxış edərək bu cür tədbirlərin xalqımızın başına açılan müsibətlərin, yaşadığımız faciələrin gələcəyimiz olan gənclərə çatdırılması baxımından böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən QMİ-nin səlahiyyətli nümayədəsi Şahzadə Bilalov və “Məhəmmədiyyə” məscidinin imamı Elnur Yusifov İslamda şəhidlik məqamı, Vətən sevgisi mövzusunda və Xocalıda baş verən faciənin dəhşətləri haqqında danışıb.
Sonda Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunub.