Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
17.10.2017

İsmayıllıda “Şəhadət” sənədli filmi nümayiş olunub

Oktyabrın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, İsmayıllı Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və İsmayıllı Peşə Tədris Mərkəzinin birgə təçkilatçılığı ilə Gənclər Mərkəzində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” adlı konfrans keçirilib.
Konfransda İsmayıllı RİH başçısının birinci müavini Rövşən Ağayev, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli və şöbənin əməkdaşı Elnur Mehdiyev,  Dövlət Təhlükəsizliyi Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşı Camal İsayev, Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Rahim Orucov, rayon Gənclər və İdman idman İdarəsinin rəisi Taleh Salehov, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanova, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov, İsmayıllı rayon Ailə və Uşaqlara Dəstək Mərkəzinin əməkdaşı Ülkər Məhərrəmova, müəllimlər və tələbələr iştirak ediblər.
Əvvəlcə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.
Çıxışlar zamanı dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilərək radikalizmin qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edilib. Eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunmasında yeniyetmə və gənclərin üzərinə düşən mühüm vəzifələr barəsində fikir mübadiləsi aparılıb.
Yekunda çıxışlar ətrafında müzakirələr aparılıb və dinləyicilərin sualları cavablandırılıb.