Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
08.09.2021

İsmayıllıda onlayn tədbir keçirilib

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi və İsmayıllı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Gənclər arasında vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət”  mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Aydın Səmədov, İsmayıllı RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilaçısı Nəsimi Teymurov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Vasif Teymurov, ictimaiyyət nümayəndələri və rayonun fəal gəncləri iştirak ediblər.

Çıxışlar zamanı iştirakçılar tərəfindən xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin inkişafındakı əhəmiyyəti, bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərməsi və milli dövlətçiliyimizin möhkəmlənməsində  xüsusi rol oynaması vurğulanıb.