Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
26.05.2016

İsmayıllıda “Fitnə” filmi nümayiş olunub

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qubaxəlilli kənd tam orta məktəbində “Multikulturalizm və tolerantlıq dövlət siyasətinin bir istiqaməti kimi” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural İbrahimov, İsmayıllı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov, İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin müdiri Xətai Abbasov, icra başçısının Qubaxəlilli kənd üzrə nümayəndəsi Yaşar Cəlalov, məktəbin direktoru Ramiz Mustafayev, Qubaxəlilli kənd məscidi dini icmasının sədri Zülfüqar Həsənov, şəhərin “Məhəmmədiyyə” məscidinin axundu Elnur Yusifov, o cümlədən müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edən natiqlər 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini bildirərək, ölkəmizdə mövcud olan tolerant dəyərlərdən və multikultural ənənələrdən söhbət açıblar. Bildirilib ki, multikulturalizm Azərbaycanda həyat tərzidir və əsası Ulu Öndər  Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə  uğurla davam etdirilən multikulturalizm siyasəti cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Sonda ölkəmizdə dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filmi nümayiş olunub.