Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
14.04.2014

İsmayıllıda “Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması” mövzusunda iki günlük konfrans baş tutub (Foto/Video)

Bu gün İsmayıllı şəhərində, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun dini icmalarının sədrləri, din xadimləi, eləcə də fəal ictimaiyyət nümayəndələri üçün “Dövlət və din: milli-mənəvi və ənənəvi dəyərlərimizin qorunması” mövzusunda iki günlük konfrans işinə başlamışdır.
 
Əvvəlcə, konfrans iştirakçıları İsmayıllı şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə əklil və tər güllər düzmüşlər.
 
Konfransın öz işinə AR Prezidenti cənab  İlham Əliyev tərəfindən bərpa edilmiş, Qafqazın ən qədim məscidlərindən olan Şamaxı Cümə məscidinin timsalında milli-mənəvi dəyərlərimizə göstərilən qayğını əks etdirən “Əbədi işığın abidəsi” sənədli filmi ilə başlamışdır.
 
Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırmışdır. Dövlət Komitəsinin sədri bu istiqamətdə Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd etmiş və hazırda ölkə Prezidenti İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı üçün həyata keçirdiyi işlərdən danışmışdır. E. İskəndərov dövlətin din siyasətinin pozitiv dünyəviçilik əsasında qurulduğunu vurğulayaraq bunun nümunəsi olaraq son illərdə dövlət başçısının qayğısı nəticisində son 10 il ərzində ərzində ölkədə 216 məsciddə inşa və  əsaslı təmir və yenidən qurma işləri aparılmış, o cümlədən dövlət vəsaiti hesabına 10 məscid tikilmiş və ya əsaslı bərpa olunmuşdur.
Daha sonra DQİDK tərəfindən son vaxtlarda radikal dini cərəyanlar və hərəkətlərin qarşısının alınması istiqamətində həyata keçirilmiş işlər haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, bu istiqamətdə son üç ayda 10-dan çox qısamüddətli təlim kursları keçirilmiş, 10-a yaxın ədəbiyyat nəşr  edilmiş, bir sıra dini icmaların  yenidən dövlət qeydiyyatına dəstək verilmiş, icmaların nizamnamələrinin qanunvericiliyə uyğunluğunun yoxlanması işlərinin mexanizmi hazırlanmış və tətbiq edilmişdir.
 
Daha sonra çıxış edənPrezident Adminstirasiyasının Millətlərarası, multukultiralizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin nümayəndəsi Müzəffər TalıblıPrezident İlham Əliyev tərəfindən yaradılmış yeni Dövlət müşavirliyi xidmətinin adıçəkilən sahəyə qarşı daha yüksək diqqət və qayğının bariz nümunəsi adlandırmışdır. Millət vəkili Novruz Aslan isə çıxışında belə bir tədbirin təşkilinə görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirmişdir. Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açmışdır. QMİ sədrinin müavini Fuad Nurullayev isə çıxışında ölkəmizdə bütün dinlərə yaradılan şəraitdən danışmış və vurğulamışdır ki, bu gün dindarların üzərində olan əsas məsuliyyətlərdən biri də inkişaf edən Azərbaycanın çiçəklənməsinə öz töfhələrini verməkdir. Konfrans çərçivəsində İsmayıllı və ətraf rayonlardan olan dövlət qeydiyyatına alınmış 5 icmaya şəhadətnamələr təqdim edilmişdir.
Konfrans öz işini “Milli-mənəvi dəyərlərimizə baxış: tarixilik və müasirlik”, “Dini radikalizm və onunla mübarizə üsulları”, “Din xadimlərinin fəaliyyət perspektivləri”, “Azərbaycanda dövlət-din münasibətləri və dini icmalar”, “Cəmiyyətin inkişafı və dini dəyərlər” panelləri üzrə davam etdirmişdir.

 
 
DQİDK-nin mətbuat xidməti